1 / 9









Город
Баку
Порода
ДругиеSalam, zəhmət olmasa iki balaca dişi pişik balasına (bacıdılar) sahib tapmağa kömək edin. Bizim üstümüzdə yaşayan insanlar onları iki gün açıq balkonda qoyub getmişdilər, bu müddətdə yağış yağırdı. Balalar orada ağlayırdı, biz nə qədər qapılarını döysək də, açmadılar. Gündüz onları yuxarıda damın üstündə gördük, az qala yıxılacaqdılar, amma xoşbəxtlikdən geri qalxa bildilər. Axşam işdən qayıdanda isə onları blokun yanında, küçədə gördüm. Həyətimizdə çoxlu sahibsiz itlər olduğu üçün (onları parçalaya bilərdilər) məcbur qalıb evə götürdüm. Təəssüf ki, onları saxlaya bilmirəm. Çox balacadırlar, təxminən 2 aylıqdırlar, çoxu yoxdur. Zəhmət olmasa, təcili olaraq onlara sahib tapmağa kömək edin. İstəyən olsa, şəkillərini göndərə bilərəm.
№ 47284956
Просмотры: 3
Lina
(050) 786-61-●●